FIFA hakimlərimiz elit-raund mərhələsində

FIFA hakimlərimiz U-17 komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarına təyinat alıblar.

Allsport.az saytı xəbər verir ki, Rauf Cabarov və Akif Əmirəli martın 19-dan 27-dək  Niderlandda keçiriləcək 2-ci, Rəhim Həsənov və Mübariz Haşımov isə martın 25-dən aprelin 2-dək Macarıstanda təşkil ediləcək 7-ci qrupun oyunlarında iştirak edəcəklər.

2-ci qrupda Niderland, Çex Respublikası, İsrail və Şimali İrlandiya, 7-ci qrupda isə Belçika, Macarıstan, Norveç və Bosniya və Hersoqovina yığmaları mübarizə aparacaq. 

Həmin kateqoriyadan