- Baxış sayı: 101
- 15 İyun 2026 12:06
- Baxış sayı: 122
- İyun 25, 2026
- 0
Ölkəmiz Yay Olimpiya Oyunlarında 2 üzgüçü ilə təmsil olunacaq. Allsport.az saytı xəbər verir ki, Rio-2016-da Azərbaycanı Fatimə Alkərimova və Boris Kirilov təmsil edəcək. Onlar “uayld kart” vasitəsi ilə bu hüququ yiyələniblər.
Əslində Olimpiadada Maksim Şemberyevin iştirakı gözlənilirdi. Çünki legioner üzgüçü Azərbaycan tarixində ilk dəfə “B” lisenziya normativini yerinə yetirmişdi. Ancaq onun ötən il zədə ucbatından dünya çempionatında iştirak etməməsi Olimpiadaya yollanmasına imkan verməyib.
Qaydalara görə, mundialı buraxanlar yalniz “A” lisenziyasını yerinə yetirdiyi halda, olimpiya oyunlarına yollanırlar.