Final mərhələsinin açılış mərasimi

Boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca çıxış edən Azərbaycan boks federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov bildirib ki, bu qədər yeniyetmənin yarışda iştirakı müsbət məqamdır: “Regionlarda boksun inkişafı bizim üçün böyük əhəmiyyət kəsb edir. Artıq 2 ildir zona yarışları keçirilir və bunun nəticəsini görürük. Final mərhələsinin yekununa əsasən Avropa birinciliyində ölkəmizi təmsil edəcək idmançılar seçiləcək. Gələcəkdə həlledici mərhələni bölgələrdə də keçirməyi planlaşdırırıq”.

Həmin kateqoriyadan