- Baxış sayı: 40
- 19 Aprel 2024 10:00
- Baxış sayı: 44
- Aprel 18, 2024
- 0
Naxçıvanda kişi şahmatçıların Azərbaycan çempionatında finalçılar məlum olub. Allsport.az saytı xəbər verir ki, yarımfinalda Vasif Durarbəyli ilə Məhəmməd Muradlı arasındakı əsas oyunlar 1:1 hesabı ilə bitdikdən sonra ilk rapid oyununda heç-heçə qeydə alınıb. İkinci rapid görüşündə qələbə qazanan Məhəmməd adını finala yazdırıb.
Sabah 2 partiyadan ibarət finalda, o, Misrəddin İsgəndərovla, 3-cü yer uğrunda görüşdə isə Aydın Süleymanlı və Vasif Durarbəyli qarşılaşacaq.
2019-cu ildə Məhəmməd Muradlı 20 şahmatçının iştirak etdiyi Azərbaycan çempionatında çempionluq sevinci yaşayıb.