Finalçılar müəyyənləşdi

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinal başa çatıb. Allsport.az xəbər verir ki, ikinci yarımfinal görüşlərində Vasif Durarbəyli Eltac Səfərli ilə heç-heçə oynamaqla finala adlayıb

İki görüşdən 1,5-0,5 hesabı ilə qələbə qazanan Vasif Durarbəyli həlledici görüşə vəsiqə qazanıb.
Vüqar Əsədli isə ikinci görüşdə də Məhəmməd Muradlıya qalib gəlməklə çempionluq uğrunda final oyununda iştirak hüququ qazanıbb.

Final yanvarın 26 və 27-də oynanılacaq. İki görüşdən sonra qalib olmasa finalçılar arasında tay-brek oynanılacaq.

Eltac Səfərli və Məhəmməd Muradlı 3-cü yer uğrunda mübarizə aparacaq.

Həmin kateqoriyadan