“Fiqurları dəyişəndən sonra belə tarazlıq davam etdi”

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2016” superturnirinin 6-cı turunda Azərbaycan şahmatçıları Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov sülh bağlayıb. Allsport.az saytı xəbər verir ki, Sumqayıt şahmat məktəbinin yetirməsi partiyanı belə şərh edib:

“İstirahət günündən sonra yorğunluq hiss olunmur. Amma bunun oyunumuza təsiri yoxdur. Heç kimdə üstünlük yox idi. Fiqurları dəyişəndən sonra belə tarazlıq davam etdi”.

Şəhriyar Məmmədyarov Azərbaycan millisinin Bakı Şahmat Olimpiadasına hazırlıq planının tərtib olunduğunu söylədi. Onun sözünə görə şahmatçılarımız mötəbər yarışda məsuliyyəti dərk edir:

“Hazırlıq barədə federasiya rəsmiləri danışsa, daha yaxşı olar. Milli komandamız məsuliyyəti başa düşür. Biz bilirik ki, çox çətin yarışdır. Əlimizdən gələni edəcəyik ki, şahmatsevərləri sevindirək. Olimpiadaya hələ vaxt var, ona görə indidən proqnoz vermək istəməzdik”.

Həmin kateqoriyadan