Sürücülərdən narazılıq: “Maşınlar hədsiz ləng gedəcək”

“Red Bull” və “Ferrari” komandalarında çıxış edən Maks FerstappenSebastyan Fettel 2021-ci ildə Formula1-də qüvvəyə minəcək yeni reqlamentlə bağlı danışıblar. Allsport.az xəbər verir ki, Ferstappen sürətin daha çox azalacağından ehtiyat edir:

“Əvvəlki nəslə aid maşınları idarə etmək indikilərlə müqayisədə o qədər xoşuma gəlmir. Əlbəttə, burada “qızıl bölgü” nöqtəsini tapmaq, rəqibi təqib etmək məsələsini asanlaşdırmaq lazımdır, lakin biz istərdik ki, maşınların sürəti hər dövrə üçün 2-3 saniyədən çox azalmasın. Əgər hər dövrəni keçmək üçün tələb olunan vaxt əvvəlkindən 4-5 saniyə çox olarsa, maşınlar hədsiz ləng gedəcək. Biz isə bunu istəmirik.

Fettel de yni fikirləri deyib: “2017-ci ildə tətbiq edilən dəyişiklikləri səhv hesab etmirəm. səhv ondadır ki, maşınlar get-gedə ağırlaşır”.

Yeni qaydalar üzrə hazırlanan maşınlar hər dövrə üçün indiki maşınlarla müqayisədə 3-3,5 saniyə çox vaxt sərf edəcəklər.

Həmin kateqoriyadan