“Gəlin birlikdə qaçaq”

“Heydər Əliyev ili”nə həsr olunmuş “Gəlin birlikdə qaçaq” şüarı ilə yarış keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə paytaxt təmsilçiləri ilə yanaşı Gəncə, Sumqayıt, Neftçala və Ağstafadan 200-dən artıq iştirakçı mübarizə aparıb. 

Dənizkənarı milli parkda 4 yaş kateqoriyası üzrə – 18, 40, 50 və 60 yaşdan yuxarı kişi və qadınlar arasında müxtəlif məsafələrə qaçışda qaliblər müəyyənləşib.Eyni zamanda uşaqlar da yarışda mübarizə aparıblar.

“Heydər Əliyev ili”nə bu cür tədbirlər silsilə xarater daşıyır. Bundan öncə müxtəlif bölgələrdə təşkil olunmuş kütləvi qaçış tədbirlərindən daha biri sentyabrın 24-də İsmayıllıda keçiriləcək.

Həmin kateqoriyadan