- Baxış sayı: 88
- 04 May 2026 22:56
- Baxış sayı: 169
- May 08, 2026
- 0
“Xəzər Lənkəran” qış fasiləsində Türkiyədə təlim-məşq toplanışı keçəcək. Allsport.az xəbər verir ki, yanvarın 5-də axşam saatlarında qardaş ölkəyə yollanacaq “ağ-yaşıllar”ın toplanış çərçivəsində ilk rəqibi də bəlli olub.
Belə ki, cənublular yanvarın 10-da keçirəcəyi ilk yoxlama oyununda “Təkirdağspor” komandası ilə üz-üzə gələcək. İstanbuldan 135 km qərbdə, Mərmərə dənizinin şimal sahilində yerləşən Təkirdağ şəhərciyini təmsil edən komanda Türkiyənin regional həvəskarlar liqasının 11-ci qrupunda çıxış edir.
“Təkirdağspor” 12 oyundan 23 xal toplayaraq turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. (12-ci oyunçu)