Gəncədə qaçış yarışı baş tutub

Allsport.az xəbər verir ki, Gəncə şəhərində ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən kütləvi qaçış tədbiri keçirilib.

200 nəfərə yaxın iştirakçı mübarizə aparıb. Açılış mərasimində çıxış edən Azərbaycan atletika federasiyasının prezidenti Cavid Qurbanov bu cür tədbirlərin ölkəmizdə atletika idman növünün kütləviliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Gəncə şəhər icra başçısının birinci müavini Səməd Tomuyev və gənclər və idman nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

Ümumilikdə 11 km məsafəni əhatə edən yürüşdə qaliblər müxtəlif kateqoriyalar üzrə müəyyən olunub. Heydər Əliyev parkında startı verilən yürüşdə ümumi kateqoriyada kişilərdə Toğrul Məmmədli , qadınlarda isə Anna Yusubova qalib adını qazanıb. 40 yaşdan yuxarı kişilər arasında Ceynur Əhmədov , qadınların mübarizəsində isə Leyla Abdinova finişə birinci gəliblər.

50 yaşdan yuxarı iştirakçılar arasında Yadigar HüseynovAlyona Süleymanova bütün rəqiblərini qabaqlayıblar.

Yaşı 60-dan çox olan idmançılar arasında Tapdıq Dadaşov fərqlənib.

Region iştirakçıları isə 6 km məsafəyə qaçışda mübarizə aparıblar. Burada Gəncə təmsiliçəri Səməd ƏhmədovFidan Yusifova baş mükafata sahib çıxıblar. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Həmin kateqoriyadan