- Baxış sayı: 66
- 05 Noyabr 2026 13:13
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycan şahmat federasiyasının məşqçilər komissiyasının təşkilatçılığı ilə Gəncə şəhərində regional seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, məşğələdə Gəncə, Şəmkir, Mingəçevir, Gədəbəy, Tovuzdan ümumilikdə 50 məşqçi-müəllim iştirak ediblər.
Tədbirdə ibtidai hazırlıq və təlim-məşq qrupları ilə tədris aparan məşqçilərlə müasir medotiki yanaşmalar, təcrübə mübadiləsi, tədrisdə müasir şahmat proqramlarının və elektron vəsaitlərin rolu barədə danışılıb.
Seminarı AŞF-in məşqçilər komissiyasının rəhbəri Anar Allahverdiyev və “Təhsil” RİM-in şahmat üzrə baş məşqçisi Raul Quliyev aparıblar.