Gənc atletimiz 7-ci oldu

Kiprin Limassol şəhərində 23 yaşlı ağılıqqaldıranlar arasında Avropa çempionatı sona yaxınlaşmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, bu gün daha bir qadın idmançımız Elnarə Abbasova körpücük üzərinə çıxıb. O, 58 kq çəki dərəcəsində mübarizə aparıb.

İdmançımız birdən qaldırma hərəkətində ilk sifariş verdiyi 73 kq-ı iki cəhddə ram etdi. Sonra 77 kq-lıq ştanqın da öhdəsindən gələn gənc atletimiz bu hərəkətdə 8-ci olub.

Abbasova təkanla qaldırma hərəkətinə 100 kq-ı başı üzərinə qaldırmaqla start verib. Növbəti iki cəhddə 105 kq-ı qaldıra bilməyən idmançı bu hərəkətdə 5-ci yeri tutub.

Toplamda 177 kq (77+100) nəticə göstərən Elnarə Abbasova Avropa birinciliyində 7-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan