Gənc bədii gimnastlarımızın Karpatlarda uğurlu çıxışı

Polşanın Rumiya şəhərində gənc bədii gimnastlar arasında “Baltic cup” turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan 3 yaş qrupunda təmsil olunub.

2002-2001-ci il təvəllüdlülərdə çıxış edən İlahə Məmmədova çoxnövçülükdə qızıl medal qazanıb. Digər gimnast Veronika Hudis isə həmin yaş qrupunda 5-ci yerdə qərarlaşıb. O, həmçinin tamaşaçıların rəğbətini qazanaraq təşkilatçılar tərəfindən hazırlanmış “Miss Simpatiya” nominasiyasında xüsusi mükafata layiq görülüb.

2003-cü il təvəllüdlülərdə Dərya Farşbafşəhriyari və Yelizaveta Luzan dörd çıxışın cəmində müvafiq olaraq 4-cü və 8-ci olublar.

Yeniyetmələrin yaş qrupunda (2004-2005-ci il təvəllüdlülər) uğurlu çıxışı çoxnövçülükdə Arzu Cəlilovaya qızıl medal gətirib. Onun komanda yoldaşı Nərminə Səmədova isə bu yaş qrupunda “gümüşə” layiq görülüb.

Həmin kateqoriyadan