Gənc şahmatçımız Ermənistan təmsilçisinə qalib gəlib

Xantı-Mansiyskdə 20 yaşadək gənc şahmatçılar arasında dünya çempionatında 7-ci turun oyunları başa çatıb. Allsport.az saytı xəbər verir ki, oğlanların mübarizəsində qara fiqurlarla oynayan Ülvi Bacarani Ermənistan təmsilçisi Karen Qriqoryan üzərində qələbə qazanıb. Cəmdə 5,5 xal toplayan təmsilçimiz 2-ci pillədə qərarlaşıb.

Nicat Abasov isə norveçli Aryan Tari ilə sülh bağlayaraq aktivindəki xalların sayını 5-ə çatdırıb. Misrəddin İsgəndərov isə bu turda Argentina şahmatçısı Alan Piçota məğlub olub.

Qızların yarışında yeddinci turda Səbinə İbrahimova Monqolustan təmsilçisi Bayarma Bayarjarqal üzərində qələbə qazanaraq altıncı pilləyə yüksəlib. Günay Məmmədzadə isə Qazaxıstan şahmatçısı Jansaya Abdulmalikə məğlub olub və 4,5 xalla 10-cu yerdə qərarlaşıb. Ülviyyə Fətəliyev 3,5, Aytən Əmrayeva 3 xal toplayıb.

İsveçrə sistemi üzrə keçirilən yarış 13 turdan ibarətdir.

Həmin kateqoriyadan