Gənc taekvondoçular olimpiya çəkiləri üzrə Avropa çempionatına hazırlaşır

Gənc taekvondoçulardan ibarət milli hazırlığa start verib. Allsport.az saytı xəbər verir ki, ATF-in idman zalında toplanışa baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov rəhbərlik edirlər.

Proses oktyabrın 3-də başa çatacaq. Ardınca komanda ayın 6-7-sində Latviyanın paytaxtı Riqada olimpiya çəkiləri üzrə Avropa çempionatında iştirak edəcək.

Həmin yarışda ölkəmizi Xıdır Məmmədov (48 kq), Nihad Məmmədzadə (55 kq), Nizami Hacıyev (63), Vaqif Hacıyev (73 kq), Zemfira Həsənzadə (44 kq) və Nərgiz Kazımova (49 kq) təmsil edəcəklər.

Həmin kateqoriyadan