VİDEO
Gənclər və idmançılar xalqı koronovirusla mübarizəyə səsləyirlər

Gənclər və idman nazirliyi ilə Azərbaycan idman Jurnalistləri federasiyası koronavirusa qarşı mübarizə mövzusunda videoçarx hazırlayıblar. Allsport.az xəbər verir ki, videoçarxda gənclər və idmançılar əhalini hökumətin tövsiyələrinə riayət etməyə, ehtiyac olmadıqca evdə qalmağa səsləyiblər və koronavirusa qarşı mübarizə yollarını izah ediblər.

Videoçarxda dünya skaut komitəsinin üzvü İlyas İsmayıllı, Azərbaycanın Avroviziya təmsilçisi Əfəndi, prezident mükafatçısı Sabir Rüstəmov, olimpiya çempionu Elnur Məmmədli, 3-qat dünya və 3-qat Avropa çempionu Hacı Əliyev, gimnastika üzrə qitə çempionatının mükafatçısı Zeynəb Hümmətova çəkiliblər.

Çəkilişlər Heydər Əliyev mərkəzi, milli gimnastika arenası, olimpiya
stadionu, Bakı konqres mərkəzi, Su idmanı sarayı və “Büllur” sarayın
önündə baş tutub.

Həmin kateqoriyadan