Georgi Çixradze: “Çox vacib 3 xal qazandıq”

“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Biz çox vacib 3 xal qazandıq. Bu oyuna yaxşı hazırlaşmışdıq. Sona qədər mübarizə apardıq. Avroliqa üçün mübarizə aparırıqsa, belə oyunlarda qalib gəlməliyik. İlk hissədə daha yaxşı oynadıq. İkinci hissədə isə eyni zamanda hesabı qorumağa çalışdıq. Bütün hallarda 3 xal qazanmaq sevindiricidir. Bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan