- Baxış sayı: 32
- 10 May 2026 13:22
- Baxış sayı: 111
- May 10, 2026
- 0
“Avropa Oyunları ərəfəsində sınaq xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı gözəl təşkil edilib”. Allsport.az xəbər verir ki, bunu “Trend”ə “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin KİV-lərlə iş üzrə meneceri Filipp Silaçi deyib.
O bildirib: “Biz burada evimizdəki kimiyik. Gimnastika üçün hər şey düşünülüb və nəzərdə tutulub. KİV-lər üçün iş və məşqlər üçün şərait optimaldır”.
Silaçi qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyasının dünya çempionatları, dünya kubokları, Avropa çempionatlarının təşkilində böyük təcrübəsi var: “Federasiyanın baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının vitse-prezidentidir, buna görə də o, beynəlxalq səviyyəli təcrübəyə malikdir”.