Gövhər Beydullayeva ardıcıl 2-ci dəfə Azərbaycan çempionu oldu

Qadın şahmatçıların ölkə çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 11-ci turda Gövhər Beydullayeva ağlarla Zeynəb Məmmədyarova üstələyib, yekunda 7,5 xal toplayıb və ardıcıl 2-ci dəfə Azərbaycan çempionu olub.

Nərmin Abdinova Xanım Balacayeva ilə heç-heçə oynayıb. Adı 2-ci çəkilən idmançı 7 xalla 2-ci yer tutub. Son turda istirahət edən Səbinə İbrahimova 6,5 xalla bürünc medal qazanıb.

Gülnar Məmmədova Ayan Allahverdiyevanı, Türkan Məmmədyarova Nurtən Nuriyevanı, Xəyallə Abdulla Ləman Hacıyevanı üstələyiblər.

Xatırladaq ki, Gövhər Beydullayeva ötən ilin aprelində qrossmeyster normasını yerinə yetirib; oktyabrda İtaliyanın Sardiniya adasında gənclərin dünya çempionatının qalibi olub. O, sona 1 tur qalmış zəfəri özünə təmin edib və bu idman növündə sözü gedən yaş qrupunda qalib olan ilk qadın şahmatçı kimi tarixə düşüb.

Həmin kateqoriyadan