“Grand Swiss” başa çatdı

Latviyanın paytaxtı Riqada “Grand Swiss” şahmat turniri başa çatıb.

Allsport.az xəbər verir ki, son – XI turda Rauf Məmmədov ermənistanlı Sergey Movsesyan, Vasif Durarbəyli polşalı Mateuş Bartel, Nicat Abbasov ukraynalı Martin Kravtsiv ilə heç-heçə edib.

Aydın Süleymanlı isə almaniyalı Dmitri Kollarsa uduzub.

Beləliklə, V.Durarbəyli 4,5 xalla 108 şahmatçı arasında 86-cı yeri tutub. 

A.Süleymanlı, R.Məmmədov, N.Abbasov isə hərəyə 4 xal toplayıblar.

Turnirin qalibi 8 xalla Fransanı təmsil edən Alireza Firuzca olub.

Həmin kateqoriyadan