“Grand Swiss”: Şahmatçılarımız startı gözləyir

Bu gün Latviyanın paytaxtı Riqada “Grand Swiss” şahmat turniri start götürəcək.

Allsport.az xəbər verir ki, yarışda Azərbaycanı Rauf Məmmədov, Nicat Abbasov, Vasif Durarbəyli və Aydın Süleymanlı təmsil edəcək.

İsveçrə sistemi üzrə keçiriləcək turnir 11 turdan ibarət ibarət olacaq. Ən yaxşı 2 şahmatçı İddiaçılar turnirində iştirak hüququ əldə edəcək.

“Grand Swiss”in ümumi mükafat fondu 550 min dollardır. Kişilərin turnirinin qalibi 70 min dollar qazanacaq.

“Grand Swiss”

l tur

Alireza Firuzca (Fransa) – Nicat Abbasov
Nodirbek Yakubboev (Özbəkistan) – Rauf Məmmədov
Vasif Durarbəyli – Parham Maqsudlu (İran)
İvan Sariç (Xorvatiya) – Aydın Süleymanlı

Qarşılaşmalar Bakı vaxtı ilə 15:00-da başlayacaq.

Həmin kateqoriyadan