- Baxış sayı: 34
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

AÇ-2020-də uğursuz çıxış edən Türkiyə millisinin baş məşqçisi Şənol Günəşin mətbuat konfransı baş tutacaq. Allsport.az xəbər verir ki, 69 yaşlı mütəxəssis iyulun 8-də media mənsublarının suallarını cavablandıracaq.
Təcürbəli mütəxəssisin millinin baş məşqçi postunda qalıb-qalmayacağı həmin gün bilinəcək.
Şənol Günəş 2019-cu ildən yığmanı çalışdırır. Türkiyə millisi Avropa çempionatının qrup mərhələsində keçirdiyi 3 oyunda uduzub.