- Baxış sayı: 68
- 07 May 2026 16:43
- Baxış sayı: 167
- May 08, 2026
- 0
Günay Məmmədzadənin qatıldığı “Julius Baer Challengers Chess Tour” turnirinin “Gelfand Challenge” adlı ikinci mərhələsinin ilk 5 turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, şahmatçımız 5 turdan sonra 3,5 xalla 3-4-cü yerləri bölüşür.
Turnirdə hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. Günay Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.