Günay yenilgisiz davam edir

Mayın 24-də Cəbəllütariqdə qadın şahmatçılar arasında qran-pri turnirinin üçüncü turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Günay Məmmədzadə məğlubiyyətsiz irəliləyir.

Şahmatçımız üçüncü turda qara fiqurlarla turnir cədvəlinin lideri qazaxıstanlı Jansaya Abdumalikə qarşı mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Şahmatçımız ötən üç turun nəticəsinə görə, liderdən yarım xal geri qalaraq 2 xalla 3-5-ci yerləri bölüşür.

Turnirə iyunun 2-də yekun vurulacaq.

Həmin kateqoriyadan