Günayın arzusu Çin olur

Bu gün Çində qadınların “The Belt and Road” sammiti start götürəcək. Allsport.az saytı xəbər verir ki, sürətli şahmat üzrə təşkil olunan yarış dairəvi sistemlə keçiriləcək. Ümumilikdə turnirdə 7 ölkədən 12 şahmatçı mübarizə aparacaq. Azərbaycanı millinin öncülü Günay Məmmədzadə təmsil edəcək.

Çin yarışında onunla yanaşı, Bela Xotenaşvili (Gürcüstan), Antuanetta Stefanova (Bolqarıstan), Bibisara Assaubayeva (Qazaxıstan), Marsel Efroimski (İsrail), Monika Soçko (Polşa), Qi Quo, Ni Şiqun, Jao Mo, Ninq Kayu, Xiao Yu, Li Xueyi (hamısı Çin) çıxış edəcəklər.

Turnirin qalibləri yanvarın 8-də məlum olacaq.

Həmin kateqoriyadan