Gürcüstan millisi ilə yoldaşlıq görüşü

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstana yollanıb.

Allsport.az xəbər verir ki, səfərdə məqsəd dəfələrlə Ümumdünya şahmat olimpiadasının qalibi olan Gürcüstan yığmasıyla yoldaşlıq görüşü keçirməkdi.

Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komanda 26 fevral – 2 mart tarixlərində yoldaşlıq görüşündə iştirak edəcək. Razılaşmaya əsasən şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq.

Qeyd edək ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq.

Həmin kateqoriyadan