“Həm fiziki, həm də psixoloji yaxşı vəziyyətdəyik”

Dünya çempionatının ələməsində sabah Lüksemburq – Azərbaycan görüşü baş tutacaq. Allsport.az saytı xəbər verir ki, bu gün mətbuat konfransında millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev bunu söyləyib:

“Həm fiziki, həm də psixoloji yaxşı vəziyyətdəyik. Sabahkı oyunda uğurlu nəticə əldə etməyə çalışacağıq. Rəqibin də gücünü qiymətləndirmək lazımdır. Güclü heyətə malik komandadır.

Bir neçə ildir birlikdə çıxış edirlər. Hücum xəttində Rodroqes, Sinani kimi güclü futbolçuları var Oturuşmuş heyətə malikdirlər. Milli komanda kimi yox, klub təsiri bağışlayırlar”.

Həmin kateqoriyadan