Həmyerlimiz Avropa şahmat birliyinin qlobal strateğiya komitəsinin direktoru təyin edilib

Azərbaycanlı mütəxəssis Sərxan Həşimov Avropa şahmat birliyinin qlobal strateğiya komitəsinin direktoru təyin edilib. Allsport.az saytı xəbər verir bu təyinat məhz Avropa çempionatlarının keçirmək hüququna malik əhəmiyyətli qurum olan idarə heyəti tərəfindən baş tutub və beləliklə, AŞB-də ilk dəfə azərbaycanlıya yer verilib.

Həmyerlimiz bu vəzifəyə görəvləndirilməsində onun idarəetmə, strategiya inkişafı, sponsorluq üçün biznes təkliflərinin yaradılması sahəsindəki bacarıq və təcrübəsi, həmçinin dünya miqyasında aparıcı şirkətlərlə əlaqələri əhəmiyyətli rol oynayıb.

Avropa şahmat birliyinin ilk və yeganə azərbaycanlı təmsilçisinin əsas öhdəliklərinə idman fəaliyyətlərini dəstəkləmək üçün Beynəlxalq Biznes Mühitinin təhlili, əsas strateji prioritetlərin təbliği və hərtərəfli strateji plana çevrilməsi, sponsorluq, biznes və İT layihələrində qurumun strategiyasının tərtibi və həyata keçirilməsi, sponsorluq paketləri və B2B tərəfdaşlıqlarının yaradılması kimi məsələlər daxil olacaq.

Qeyd edək ki, Sərxan Həşimov Microsoft, SAP, Oracle, HP kimi qabaqcıl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. O, regiondakı nailiyyətlərinə görə, 2018-ci ildə Microsoft-un qızıl mükafatına layiq görülüb. O, həmçinin, iki il ərzində Oracle şirkətlərinin ən çox müvəffəqiyyət qazanmış əməkdaşları sırasında olub, SAP şirkətində isə ən yaxşı işçi adını qazanıb.

Qeyd edək ki, Sərxan qitə çempionu, tanınmış mərhum qossmeyster Vüqar Həşimovun böyük qardaşıdır.

Həmin kateqoriyadan