- Baxış sayı: 59
- 11 May 2026 15:09
- Baxış sayı: 33
- May 11, 2026
- 0

Həndbol qaydalarında dəyişiklik edilib. Allsport.az saytı xəbər verir ki, bunu AHF-in idman şöbəsinin müdiri İsgəndər Əsgərov deyib. Onun sözünə görə, 6 passiv ötürmə 4 ilə əvəzlənib.
Yeni qaydalarda qapıçının üzünə top dəyərsə, 2-dəqiqəlik cərimə verəcək. Bilərəkdən sifətə vurmada qırmızı vərəqə qüvvədə qalır.
Cərimə vuruşu zamanı ətraf məsafə 3-dən 4 metrə qaldırılıb. Bundan savayı, Yaponiya istehsalı olan toplarda yapışqan dərinin içində olduğundan, topu daha daha əlavə maddə vurmaq lazım gəlməyəcək.
Ölkəmizin yeganə Avropa həndbol federasiyasının nümayəndəsinin bildirdiyinə görə, bu 4 yeni qayda təsdiqlənib və artıq yarışlarda tətbiq olunmağa başlayıb.