Həndbol üzrə ölkə çempionatının bağlanış mərasimi oldu

Şağan olimpiya idman kompleksində həndbol üzrə ölkə çempionatı sona yetdi. Allsport.az saytı xəbər verir ki, qadınların superliqasında “Azəryol” 1-ci, “Qarabağ” 2-ci və “İdman akademiyası” 3-cü oldu.
Kişilərdə “Bakı”, “Təhsil” və U-16 müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar qazandılar.

Bağlanış mərasimində yüksək ovqatla bitdi. Tədbirdə iştirak edənlər sırasında gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasilyeva, dövlət bədən tərbiyəsi və idman akademiyasının prorektoru, olimpiya və 2-qat dünya çempionu Fərid Mansurov, həndbol federasiyasının 1-ci vitse-prezidenti Orxan Abbasov, baş katib Yusif Atakişiyev, “Qarabağ” klubunun prezidenti, olimpiya çempionu Lüdmila Şubina vardı.

Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov və həndbol federasiyasının 1-ci vitse-prezidenti Orxan Abbasov bu idman növünün inkişafından, son çempionatda rəqabətin daha artmasında danışdılar.
Mükafatlandırmadan sonra, dövlət himni səsləndirildi və 28-ci ölkə çempionatına rəsmən yekun vuruldu.

Həmin kateqoriyadan