Hər 2 komandamız qələbə ilə başlayıb

Gürcüstanın Batumi şəhərində komandalararası Avropa çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, ilk tur Azərbaycan üçün uğurlu olub. Kişilər Serbiyanı, qadınlar latviyalı həmkarlarını üstələyiblər. Rəqabət 9 turdan ibarətdir. Yarış noyabrın 2-də bitəcək.

SERBİYA – AZƏRBAYCAN – 0,5:3,5
Aleksandr İndiç – Şəhriyar Məmmədyarov – 0,5:0,5
Nikola Sedlak – Arkadi Naydiç – 0:1
Milan Zaiç – Rauf Məmmədov – 0:1
Velimir İliç – Qədir Hüseynov – 0:1

LATVİYA – AZƏRBAYCAN – 0:4
Dana Reiznetse-Ozola – Günay Məmmədzadə – 0:1
Laura Roqule – Xanım Balacayeva – 0:1
İlze Berzina – Ülviyyə Fətəliyeva – 0:1
Yelizabet Limanovska – Gülnar Məmmədova – 0:1

Həmin kateqoriyadan