Hər 2 komandamız qalib gəldi

İspaniyanın Bilbao şəhərində şahmat üzrə klublararası Avropa çempionatında IV turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, ilk 3 görüşü qələbə ilə başa vuran SOCAR, növbəti matçda Çex Respublikasının “Novı Bor” komandasını da üstələtib,  vahid lider olub.

Hesabat turunda 1 xal itirən “Odlar Yurdu” isə bunu İspaniyanın “Qros Xake Taldea” klubu ilə görüşdə sığortalamağa çalışıb. Bu oyunda təmsilçimiz qələbə qazanıb. Hər 2 təmsilçimiz 4:2 hesabları ilə qalib gəlib.

 

SOCAR (AZƏRBAYCAN) – NOVI BOR (ÇEX RESBUBLİKASI) – 4:2
Şəhriyar Məmmədyarov (2756) – Radoslav Voytaşek (2736) – 0,5 – 0,5
Veselin Topalov (2784) – David Navara (2722) – 1:0
Maykl Adams (2752) – Pentala Harikrişna (2725) – 0,5:0,5
Aniş Qiri (2758) – Viktor Lazniçka (2675) – 1:0
Teymur Rəcəbov (2717) – Krişnan Saşikiran (2680) – 1:0
Van Hao (2730) – Mateuş Bartel (2636) – 0:1

 

QROS XAKE TALDEA (İSPANİYA) – ODLAR YURDU (AZƏRBAYCAN) – 2:4
Arkadi Naydiç (2715) – Emil Sutovski (2632) – 0:1
Lyuk Van Veli (2650) – Vasif Durarbeyli (2614) – 1:0
Alexandro Alonso (2471) – Rauf Məmmədov (2660) – 0:1
Santyaqo Qonsales (2450) – Ulvi Bacarani (2483) – 0,5 – 0,5
İniqo Riveyro (2434) – Nicat Abasov (2527) – 0,5 – 0,5
İniqo Martin (2298) – Nicat Məmmədov (2624) – 0:1

 

Turnir cədvəli: SOCAR (Azərbaycan) – 8 xal, “Malaxit” (Rusiya), “Obiettivo Risarcimento” (İtaliya), “Ladya” (Rusiya) və “Odlar Yurdu” – 7.

Həmin kateqoriyadan