Hər 2 komandamız sevindi

Qaradağın Budva şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatının 5-ci turu arxada qalıb.

Allsport.az saytı xəbər verir ki, kişilər meydan sahiblərinə 3:1 qalib gəliblər. Şəhriyar Məmmədyarov ilə Rauf Məmmədov xalları yarı bölüblər, Vasif DurarbəyliNicat Abbasov qələbə qazanıblar. Millimiz 6 xalla 9-cudur.

Qadınlar inamlı çıxışlarını davam etdirirlər. İlk lövhədə Almaniyanı 2,5:1,5 üstələyiblər. 1-ci taxtada Günay Məmmədzadə sevinib, Gülnar Məmmədova, Ülviyyə FətəliyevaGövhər Beydullayeva heç-heçə ediblər. Seçməmiz 9 xalla 2 yerdədir.

Həmin kateqoriyadan