“Hər yerdə oynaya biləcək yaşda deyiləm”

“Hər yerdə oynaya biləcək yaşda deyiləm”

Argentina millisinin hücumçusu Lionel Messi jurnalistlərin olimpiadada mümkün iştirakı ilə bağlı sualını cavablandırıb.

Allsport.az xəbər verir ki, bu barədə o, ESPN-ə açıqlama verib:

“Mən məşqçi Xavyer Maskerano ilə danışdım və həqiqət odur ki, ikimiz də vəziyyəti başa düşdük. Hazırda olimpiada haqqında düşünmək çətindir, çünki biz Amerika kubokundayıq. Ardıcıl iki-üç ay olacaq ki, klubda olmayacağam, üstəlik, hər yerdə oynaya biləcək yaşda deyiləm”.

Həmin kateqoriyadan