“Həyat Teymurun FIDE-dən daha uzaqgörən olduğunu göstərdi”

Rus qrossmeyster Serqey Karyakin Yekaterinburqda şahmat üzrə iddiaçılar turnirinin koronavirus pandemiyasına görə dayandırılmağına münasibət bildirib. Allsport.az “Sovetski Sport”a istinadən xəbər verir ki, 30 yaşlı qrossmeyster doğru qərar verildiyini deyib: 

“Uçuşlar dayandırılıbsa, belə vəziyyətdə turnir davam edə bilməz. İştirakçılar və yarış təşkilatçılarını qısa müddətdə təxliyə etmək çətin işdir. Əcnəbi iştirakçılar hələ öz ölkələrinə uça bilməyəcək. Bu, doğru qərar idi. Əslində, ilk turdan sonra yarış dayanmalı idi. Bir az nəfəs alaq. Dünyada koronavirusla bağlı vəziyyət normal olduqdan sonra yarışa davam edırik”.

Karyakin turnirdən imtina edən Teymur Rəcəbovun qərarından danışıb:

“Fikrimcə, beynəlxalq şahmat federasiyası səhv etdi. Hələ turnir başlamamışdan öncə Rusiyanın idman nazirliyi ölkə daxilindəki yarışları dayandırdı. Rəcəbov mənim dostumdur. Bu vəziyyətdə ona görə üzgünəm. Teymur oynamaqdan imtina etmədi. O, indiki vəziyyətdə yarışın keçirilməsinə qarşı idi. Vəziyyət normal olduqdan sonra oynamağa hazır idi. Həyat Teymurun FIDE-dən daha uzaqgörən olduğunu göstərdi. O dedi ki, turnir başlamamlıdır. Rusiyanın idman nazirliyi də belə bildirdi. Ancaq FIDE yarışı başlatdı”.

Həmin kateqoriyadan