FOTO
Hafiz Məmmədovun klubu öz meydanında uduzdu

Fransa çempionatında 21-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “Odlar yurdu Azərbaycan” (Land of fire Azerbaijan) reklamı ilə çıxış edən “Lans” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda Lion “Olimpik”i ilə qarşılaşıb. Oyun “Azərbaycan klubunun” 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “Lans” hazırda 19 xalla 19-cu yerdə qərarlaşıb.

Həmin kateqoriyadan