“Heç-heçə bu matç üçün normal nəticədir”

Bakıda keçirilən FİDE qran-pri turnirinin 8-ci turda Teymur Rəcəbov rusiyalı qrossmeyster Yevgeni Tomaşevski ilə heç-heçə oynayıb. Allsport.az saytı xəbər verir ki, partiyadan sonra şahmatçımız jurnalistlərin suallarına cavablandırıb:

“Rəqibin debütündən sonra yaxşı vəziyyət almadım. Əlbəttə, vəziyyətləri təhlil etmişdim. Belə vəziyyətlərdə çox oyunlarım olub. Heç-heçə bu matç üçün normal nəticədir. Fikrimcə, hələlik turnir cədvəli haqda danışmaq düzgün deyil. Qarşıda 3 tur var. Üstəlik, qran-prinin digər iki mərhələsində də oynayacağam. Yalnız sonda iddiaçılar turnirinə yollanan şahmatçıların adı məlum olacaq”.

Yevgeni Tomaşevski, nəhayət, Bakı qran-pri turnirində ilk qələbəsini qazanmaq arzusunda olduğunu deyib: “Turnirdə ancaq heç-heçə oynayıram. Ona görə bu gün qələbə qazanmaq istəyirdim. Heç-heçələrim çoxdur. Bir vacib gedişə ehtiyac var idi. Həmin gedişi tapa bilmədim. Müxtəlif gedişlər var idi. Sadəcə, düzgün yolu tapmaq lazım idi. Təəssüf ki, lazımi çıxış yolu tapılmadı. Heç-heçə normal nəticədir. Son turlarda nəhayət qələbə qazanmağa çalışacağam”.

Həmin kateqoriyadan