- Baxış sayı: 40
- 22 Aprel 2024 22:45
- Baxış sayı: 34
- Aprel 23, 2024
- 0
«Əsas hədəfim AİBA-nın profi kateqoriyasından Rio Olimpiadasına vəsiqə qazanmaqdır. Ondan sonra həvəskar boksda karyeramı bitirib, gələcək planlarımla məşğul olacağam».
Bu açıqlamanı allsport.az saytına milli komandanın dərbəndli rinq ustası Heybətulla Hacıəliyev verib. Titullu idmançı bildirib ki, Braziliyada keçiriləcək «dördillik»dən sonra okeanın o tayına uz tutacaq:
«Rio Olimpiadasından sonra tam olaraq peşəkar boksa keçəcəyəm. Karyeramı Amerikada davam etdirmək niyyətindəyəm».