- Baxış sayı: 68
- 07 May 2026 16:43
- Baxış sayı: 167
- May 08, 2026
- 0

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan onlayn şahmat turnirinin qalibləri müəyyənləşib. Allsport.az xəbər verir ki, 3 nömrəli Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq gənclər idman-şahmat məktəbinin (RİOEUGİŞM) təşkilatçılığı keçirilən turnirdə birinci yeri 9 turdan 8,5 xal toplayan Rəvan Oğuzov tutub.
İkinci yerdə 7,5 xalla Eltac Əsədli, üçüncü pillədə isə 7 xalla Allahverdi Həmidov qərarlaşıb.
İsveçrə sistemi üzrə keçirilən turnirdə 2004-cü il təvəllüdlü və daha kiçik yaşlı şahmatçılar iştirak ediblər.