Hüquq üzrə dissertasiya müdafiə edəcək

Boks üzrə ağır çəkidə keçmiş mütləq dünya çempionu, məğlubiyyətsiz ukraynalı Oleksandr Usik hüquq elmləri üzrə dissertasiya müdafiə edəcək.

Allsport.az xəbər verir ki, bu barədə Ukrayna ali təhsildə keyfiyyətin təminatı üzrə milli agentliyinin reyestri məlumat yayıb.

Mövcud məlumata görə, onun dissertasiya işinin mövzusu bədən tərbiyəsi və idman sahəsində beynəlxalq əməkdaşlığın inzibati və hüquqi təminatıdır. Usik öz işini Xarkov milli daxili işlər universitetində müdafiə edəcək.

Usikin sonuncu döyüşü dekabrın 22-də Ər-Riyadda olub. Onun rəqibi britaniyalı Tayson Fyuri olub. Döyüş 12 raund davam edib və yekdil qərarla Oleksandrın qələbəsi ilə başa çatıb.

Həmin kateqoriyadan