“Peşəkar boks yarışlarının keçirilməsini davam etdirəcəyik”

“Peşəkar boks yarışlarının keçirilməsini davam etdirəcəyik”

“Peşəkar boks gecəsində biizmkilər 3 qələbə qazandı və 2 görüş heç-heçə bitdi. Bu çox yaxşı nəticədir. Nəzərə alaq ki, onlar həmişə həvəskar boksda döyüşüblər, peşəkarda siftə edirdilər”. Allsport.az saytı xəbər verir ki, bunu paytaxtda “Dəniz küləyi” (“See Breeze”) sahil bölgəsində keçirilən İBA peşəkar döyüş gecəsində ABF-in prezidentinin müşaviri Samir Hüseynov dedi. Onun sözünə görə, debüt qarşılaşmalarında gözlənilməz sonluqlar təbiidir:

“Sərxan Əliyev 2021-ci ildə dünya 3-cüsü olub. Sübhan Mamedova İBA-da ən gənc dünya çempionudur. Onlar həmişə 3-raundluq döyüşə öyrəşiblər. Burada isə, görüşlər 6 hissədən ibarətdir. Buna rəğmən, boksçularımızın fiziki hazırlığı yüksək səviyyədədir. Bundan sonra da, peşəkar boks yarışlarının keçirilməsini davam etdirəcəyik. Hesab edirik ki, ötən 30 il ərzində peşəkar boksda, çox təəssüf, dünya şöhrətli idmançımız yetişməyib.

Ona görə də, federasiya olaraq ciddi hədəf hazırlamışıq. Buna uyğun gənc boksçularımızı həmin yarışlara yönləndirəcəyik. Çünki peşəkar boksa dünyada daha çox maraq var. Musiqi və əyləncə görüntüləri xüsusi ovqat yaradır və insanların diqqətini cəlb edir. Bunca tədbirlərin “See Breeze”də açıq havada təşkil olunması istirahətçilərin asudə vaxtlarının gözəl keçirməsinə fayda verəcək”.

Həmin kateqoriyadan