“İdman akademiyasi” mükafatçılar sırasında

Bu gün Şağan olimpiya idman kompleksində həndbol üzrə ölkə çempionatı sona yetdi. Allsport.az saytı xəbər verir ki, qadınlar arasında “Azəryol”un gənc hücumçusu Kamilə Bayramova “ən yaxşı oyunçu” sayıldı.

Kişilərdə superliqanın “ən yaxşı”sı “İdman akademiyasi-18” komandasının üzvü Royal Əliyev seçildi. Qadınlarda eyni adlı klub superliqanın bürünc medallarını qazandı.

Mükafatlandırmada Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının prorektoru, olimpiya və 2-qat dünya çempionu Fərid Mansurov da iştirak etdi. Onun rəhbərliyi ilə sonda “İdman akademiyasi”nın kollektivi – Vidadi Əliyev, Esmira Vahavzadə, Rumiyə XametovaFəridə Əliyeva bir araya gəldi.

Həmin kateqoriyadan