İdman jurnalistləri arasında şahmat turniri

Mayın 28-i Azərbaycan idman jurnalistləri assosiasiyasının və “Məmmədyarovlar” şahmat məktəbinin birgə təşkilatçılığı, İdman TV, estafet.az və chess.az-ın informasiya dəstəyi ilə ümumilli lider Heydər Əliyevin xatirəsinə və 28 may Müstəqillik gününə ənənəvi şahmat turniri keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, yarışda yalnız idman jurnalistləri iştirak edə bilərlər. Tədbir saat 11-da “Məmmədyarovlar” klubunda başlayacaq.

Həmin kateqoriyadan