- Baxış sayı: 48
- 14 Aprel 2024 11:52
- Baxış sayı: 44
- Aprel 23, 2024
- 0
Qazaxıstanın Almatı şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, bu gün daha bir idmançımız körpücük üzərinə qalxıb. 94 kq çəki dərəcəsinin “B” qrupunda Dadaş Dadaşbəyli mübarizə aparıb.
“Qobustan-Zirvə” İdman Klubunun nümayəndəsi birdən qaldırma hərəkətində 165 kq, təkanla isə 200 kq-ın öhdəsindən gəlib.
Toplamda 365 kq nəticə göstərən Dadaşbəyli “B” qrupunda 3-cü yeri tutub. Onun yekun sıralamadakı yeri “A” qrupunda yarış bitəndən sonra məlum olacaq.