- Baxış sayı: 36
- 18 Mart 2024 19:45
- Baxış sayı: 72
- Mart 17, 2024
- 0
Ölkə başçısı İlham Əliyev Minsk-2019 Avropa oyunlarında yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. Allsport.az saytı xəbər verir ki, məbləğ aşağıdakı qaydada müəyyən edilir:
– 1-ci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;
– 2-ci yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat;
– 3-cü yeri tutan hər bir idmançıya 20 min manat, onun şəxsi məşqçisinə 10 min manat;
– Milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə, şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafat veriləcək.