İlham Əliyev qitə komanda çempionatının qalib şahmatçılarını qəbul edib

“Azərbaycan növbəti böyük uğura imza atıb. Bu dəfə idmanın şahmat növündə, intellektual idman növündə qazanılmış qələbə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan komandası Avropa çempionatında birinci yer tutub və çempion olub. Bu, bütün Azərbaycan xalqını sevindirən qələbədir. Şadam ki, bu, artıq birinci qələbə deyil, bu, üçüncü qələbədir. Bu, onu göstərir ki, budəfəki qələbə də təsadüfi qələbə deyil, bu, təbii qələbədir. Bu qələbə Azərbaycan xalqının istedadına, intellektinə əsaslanan qələbədir”. Allsport.az saytı xəbər verir ki, bu fikri ölkə başçısı İlham Əliyev şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyəti ilə görüşdə deyib.

O bildirib ki, bu qələbə doğrudan da həm müstəqilliyimizin uğurlu inkişafını və həm də ölkəmizin intellektual səviyyəsini göstərir. Azərbaycan olimpiya, Avropa və İslam həmrəyliyi oyunlarında böyük idman ölkəsi olduğunu sübut edib. Biz Bakıda keçirilmiş Avropa oyunlarında 2-ci, İslam həmrəyliyi oyunlarında isə 1-ci yerəi tutdiq. Rio yay olimpiya oyunlarında isə medalların sayına görə biz dünya miqyasında 14-cü yerdəyik. Bu, tarixi nailiyyətdir, tarixi qələbədir. Bu qələbə – şahmat sahəsində əldə edilmiş qələbə onu göstərir ki, xalqımızın, eyni zamanda, çox güclü intellektual potensialı var. Bu, əlbəttə ki, ölkəmizi və xalqımızı fərqləndirən amillərdən biridir. Həm döyüş idman növlərində, eyni zamanda, komanda idman növlərində də uğurlarımız var. İntellektual idman növündə – şahmatda bu qələbə doğrudan da bizim hamımızı çox sevindirir.

Azərbaycan prezidenti sonda vurğulayıb ki, Avropa qitəsində şahmat sahəsində birinci olmaq, özü də üçüncü dəfə birinci olmaq doğrudan da böyük tarixi qələbədir.

Həmin kateqoriyadan