“İli bundan gözəl başlamaq mümkün deyildi”

“Airthings masters” onlayn şahmat turnirində ermənistanlı Levon Aronyan üzərində qazandığı parlaq qələbədən sonra, Teymur Rəcəbov qısa açıqlama verib. Allsport.az saytı xəbər verir ki, qrossmetsterimiz bu uğurda xeyli güc sərf etdiyini dilə gətirib:

“Bu tezliklə böyük finala vəsiqə qazandığım üçün xoşbəxtəm. İli bundan gözəl başlamaq mümkün deyildi. Təbii ki, bu yarış ağır keçdi. Mənim bütün enerjimi aldı. Mən özümü dünya kubokundan sonra olduğu kimi çox yorğun hiss edirəm”.

Həmin kateqoriyadan