- Baxış sayı: 40
- 21 Mart 2025 21:30
- Baxış sayı: 48
- Mart 20, 2025
- 0
Fevralın 14-də milli gimnastika arenasında keçirilən Bakı “Böyük Dəbilqə” turnirinin ilk yarış günü Azərbaycan cüdoçuları iki bürünc medal qazanıblar.
Allsport.az xəbər verir ki, birinci yarış günündə qadınlar və kişilər arasında 5 çəki dərəcəsində qaliblər bəlli olub. Kişilər arasında 60 kq çəkidə Əhməd Yusifov bürünc medal uğrunda ukraynalı cüdoçu Dilşad Xalmatovla qarşılaşıb. Rəqibinin üç şido alaraq uduzması Yusifova bürünc medal gətirib. Eyni çəkidə yarışan Balabəy Ağayev isə günü 5-ci yerlə tamamlayıb.
66 kq çəki dərəcəsində mübarizə aparan Elşən Əsədov üçüncü yer uğrunda Özbəkistan təmsilçisi Əzizbəy Ortikovla üz-üzə gəlib. Ortikovun üç şido ilə məğlub olması Əsədova bürünc medal qazandırıb.
Qadınlar arasında 57 kq çəkidə Fidan Əlizadə 7-ci yerdə qərarlaşıb.