İlk gündə kimlər sevindi?

Bakıda əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə atletika üzrə beynəlxalq turnir keçirilir. Allsport.az saytı xəbər verir ki, memorialda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Qırğızıstan və Oman idmançıları da mübarizə aparırlar. Bu sınaq Dünya atletikasının təqviminə daxil edilib və bu yarışın nəticələri idmançıların dünya reytinq cədvəlində xal qazanması üçün mühüm rol oynayacaq. Həmçinin, bu nəticələr qlobal miqyaslı tədbirlərə lisenziya qazanmaq imkanı verəcək. İlk günün nəticələri belədir:

100 metr
Mindia Endeladze (Gürcüstan)
İlahə Quliyeva (Azərbaycan)

400 metr
Oğuz Ağgül (Türkiyə)
Lamiyə Vəliyeva (Azərbaycan)

1500 metr
Əmrah Nağıyev (Azərbaycan)

Üç təkanla tullanma
Məsud Bülbül (Türkiyə)
Gizəm Akgöz (Türkiyə)

Nüvə itələmə
Nuh Polad (Türkiyə)

Həmin kateqoriyadan