İlk turda bütün görüşlər heç-heçə bitib

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə “Shamkir Chess-2018” superturnirində 1-ci turuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Qarşılaşma 50-ci gedişdən sonra sülhlə yekunlaşıb.

Digər şahmatçılarımız Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalov, Rauf Məmmədov isə çex David Navara ilə xalı yarı bölüblər.

Turun digər oyunlarında niderlandlı Aniş Giri rusiyalı Sergey Karyakin, çinli Dinq Liren polşalı Radoslav Voytaşek ilə heç-heçə ediblər. Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarətdir.

Həmin kateqoriyadan